O müğənni Bakı konserti öncəsi belə dəyişdi - FOTOLAR

O müğənni Bakı konserti öncəsi belə dəyişdi - FOTOLAR
Xəbərlər
10.09.2017 4
Rusiya estradasının ulduzu Nyuşa pərəstişkarlarını yeni obrazı ilə sevindirmək qərarına gəlib.



Müğənni və bəstəkar 25 illik yubileyində uyğun geyim və aksessuarlardan istifadə etməklə hind filmlərinin qəhrəmanına çevrilib.



Müğənni istehzalı "Karmaya doğru 25 il” adlı təmtəraqlı əyləncə gecəsi təşkil etməklə Moskva restoranlarından birində yubileyini qeyd edib.



Ziyafət hind üslubunda keçib və ab-havasına görə, həqiqətən şərq nağılını xatırladıb. Dəvət olunan bütün qonaqlar Nyuşanın sonuncu "Sən hardasan, mən də ordayam” klipində geyindiyi libaslara oxşar hind kostyumlarında gəlib. Gecənin ən böyük sürprizi hind yoqlarının ən qədim monax nəslinə aid olan Babaci Şri Mahant Dayanand Purinin təşrif buyurması olub. Tədbir isti və səmimi ab-havada keçib.



Xatırladaq ki, sentyabrın 26-ı saat 20:00-da Heydər Əliyev sarayında Nyuşanın yeni "Birlik!” proqramı ilə ilk solo konserti keçiriləcək.




 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!