Demet Akalın: "Qızımı məktəbə buraxmayacağam" - fotolar

Demet Akalın:
Xəbərlər
10.09.2017 8
Müğənni Demet Akalın maraqlı açıqlamaları ilə gündəmə gəlib.



O, qızı Hiranı məktəbə göndərməyəcəyini deyib:



"Doğumdan sonra əsəbi və ehtiyatlı biri olmuşam. Bu gedişlə Hiranı məktəbə göndərməyəcəm. Övlad sahibi olanda adam qorxmağa başlayır. Başına bir şey gələcək deyə pis-pis şeylər düşünürəm. Hamamda, tualetdə ona nəsə olacaq deyə ehtiyat edirəm. Erkin Koray da qızını evdə oxutdurmuşdu, mən də belə edəcəyəm".



D.Akalın qızını təhsil vaxtı gələndə məktəbə göndərməzsə cərimə ödəyəcək. Milli Təhsil Nazirliyi icbari tədrisdən övladlarını yayındıran valideynlər üçün cərimə kəsir.



Rok musiqiçi Erkin Koray da qızı Damlanı məktəbə buraxmayıb evdə təhsil vermişdi. Təhsil sistemini sevməyən atası tərəfindən məktəbə göndərilməyən Damla bu haqda belə deyib:



"Atamın doğru etdiyinə inanıram. Qonşu analar qorxurdular ki, onların da uşaqları məndən həvəslənib məktəbi atarlar".




 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!