"Həyat yoldaşımı öpərək başlayır və bitir" – FOTOLAR

Xəbərlər
10.09.2017 5
Hollivudun sevilən aktrisası Salma Hayek `Elle` jurnalına müsahibə verib.

O həm gözəllik sirlərindən danışıb, həm də həyatı barədə maraqlı məqamları açıqlayıb.



- Nə haqqında yalan danışırsınız?

- Çəkim.       



- Bəs hansı məsələdə dürüst olursunuz?

- Yaşımı deyəndə.



- Gününüz necə başlayır?

- Əlbəttə ki, günüm həyat yoldaşımı öpərək başlayır və bitir.



- Hansı qorxunuza qalib gələ bildiniz?

- Qaranlıq.



- Özünüzü şanslı hiss edirsiniz və nəyə görə?

- Əlbəttə. Çünki doğru kişini tapmışam.



- Nəyə dözümünüz yoxdur?

- Vasvası, deyingən, daim şikayət edən qəribə insanlara.



- Bu an harada olmaq istərdiniz?

- Seyşel adalarında...



- Hazırda nə etmək istəyirsiniz?

- Közlənmiş qarğıdalı yemək istəyirəm, amma bir az sonra lak çəkərək yemək haqqında fikirlərimi unutmağa çalışacam.



- Kredit kartı ilə axırıncı dəfə nə almınız?

- Teleskop almışam.



- Karyeranızın ən qürurverici anı nə olub?

- "Frida” filmindəki roluma görə "Oskar”-a namizəd olmağım.



- İllərdir istifadə etdiyiniz ətir hansıdır?

- "Narciso Rodriguez for her”.



- Gözəllik xətanız?

- Səhər üzümü heç vaxt yumuram. Ancaq o da var ki, yatmazdan əvvəl üzümü çox yaxşı təmizlədiyim üçün problem yaranmır.



- Son günlərdə gördüyünuz ən gözəl qadın kim olub?

- Ancelina Coli! Hətta çəkinməyib onu uzun-uzun süzdüm. Xüsusilə dərisi mələk kimiydi.



- Nəyə gecikmisiniz?

- İdmana həqiqətən çox gec başlamışam.



- Nə ilə heç vaxt razılaşmazsınız?

- Botoks etdirmərəm! Bunun əvəzinə arzuladığımı yeyər və daha çox xoşbəxt olaram. Bu da dərimə müsbət təsir göstərər.



- Nəyi qayğı ilə saxlayırsınız?

- Uşaqlıqda topladığım balıqqulağını. Hara getsəm, onları hamamda görmək istəyirəm. Gözəl xatirələrdir!



- Son günlər üzərində ən çox danışdığınız mövzu?

- Xəlil Cibranın "Peyğəmbər” adlı kitabı əsasında hazırladığımız animasiya filmi.



- Ən zəif nöqtəniz?

- Ayaqqabılar! Bir otağım tamamilə onlara ayrılıb. Geyinmədiklərimi isə ehtiyacı olanlara paylayıram. Ancaq "Aleksandr Mcqueen”-dən olanları qızıma saxlayacağam.



- Nəyin yoxluğunu hiss edirsiniz?

- Yuxunun. Gündüzlər  heç boş vaxtım olmur.



- Rahat olmaq üçün nə edirsiniz?

 - Ya serial izləyirəm, ya da idman edirəm.




 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!