Sıxır məni sıxıntılar

Sıxır məni sıxıntılar
Xəbərlər
10.09.2017 53
Sıxır məni sıxıntıar,

Illərdən yığılıb qalan

Kədər yüklü yığıntılar;

Istirahət günlərindən sonra gələn

Iş qayğısı,

Məni başa düşməyənlər çevrəsində

Başa düşən bir nəfərin

Yaxınımda olmaması,

Dəli külək qardaşımın gətirdiyi,

Qara bənzər yağıntılar,

Sıxır məni sıxıntıar...

Saf məhəbbət hissləriylə

Dolu günlərin həsrəti,

Ehtiraslı sevgilərin sonuna olan

Nifrətim,

Qızıl yüklü eşşəklərin

Bu nüfuzu, bu qüdrəti,

Batıb gedən tapıntılar,

Sıxır məni sıxıntıar...

Qəfəsdəki quşlarımın çırpıntısı,

Yerlərinin dar olduğunu göstərən,

Şeytanların üzündəki üzlükləri,

Bir vəfasız yar olduğunu göstərən,

Göydən yerə baxanda da,

Ədalətsiz ziddiyyətin var olduğunu göstərən

Girintilər, çıxıntılar,

Sıxır məni sıxıntıar...

Ulduzu bir nöqtə boyda görən

Gözün acizliyi,

Əyrilərə həsəd ilə baxan,

Düzün acizliyi,

Aşiqin əlçatmaz yara baxan

Həzin acizliyi,

Ürəyimdə hələ neçə şeirlərə

Mövzu verən sıxıntı var...

Sıxır məni sıxıntıar...

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!