"O, bizə səbri, sevməyi və ümidi itirməməyi öyrətdi" - FOTOSESSİYA

Xəbərlər
10.09.2017 25
Bətnindəki övladınının xəstə, şikəst, sağalmaz mərəzə düçar olduğunu bilmək qadın üçün əzabdır, insanı içdən qovuran ağrıdır.

Erika Cons da bu ağrını yaşayıb, indi də həmin dərddədir.

ABŞ-ın Florida ştatında yaşayan Erika və onun əri Stiven balaca qızları Ebiqeylin sağalmaz xəstə olması ilə barışıblar.

Erika Cons hamiləliyin 30-cu həftəsində olanda ultrasəs mayinəsi onun bətnindəki qızının Daun xəstəsi olduğunu göstərdi. Daha bir müayinə isə uşağın beynində xərçəng şişinin formalaşdığını aşkarladı.

Ebiqeyl avqustun 6-da, qeysəriyyə kəsimi əməliyyatı vasitəsilə doğuldu.

Doğuşdan sonra balacanın beyninin maqnit-rezonans tomoqrafiyası xərçəng şişinin aramsız böyüdüyünü, aqressivləşdiyini göstərdi.



2 yaşlı Odri adlı qızları olan Erika və Stiven balaca Ebiqeyli müxtəlif xəstəxanalara, klinikalara apardılar. Alınan cavablar ürəkaçan deyildi: həkimlərin dediklərinə görə, Ebiqeylin beynindəki şiş əməliyyat olunası deyil.

Ceksonvill şəhərində yaşayan ailə ruhdan düşməyib.

Əksinə, Erika və Stiven balaca Ebiqeylin hər gün fotolarını çəkir, onun yaşamının salnaməsini yaradırlar.

"Qızımın həyatının qısa olacağını bilirəm. Onun yaşamının hər dəqiqəsini, hər anını dəyərləndirməyə çalışırıq", - Erika Cons deyib.

Stiven isə söyləyir ki, onların indi yeganə ümidi Tanrıyadır: "Qızım Tanrının bizə bəxş etdiyi balaca mələkdir. O, bizə səbri, sevməyi və ümidi itirməməyi öyrətdi".




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!