Sürücülük vəsiqəsi əlindən alınan qızdan qeyri-adi addım - fotolar

Sürücülük vəsiqəsi əlindən alınan qızdan qeyri-adi addım - fotolar
Xəbərlər
10.09.2017 13
Texaslı tələbə Tara Monro polis tərəfindən sürücülük vəsiqəsi əlindən alındığı üçün maraqlı üsula əl atıb.



Yol polisi gənc qızı sərxoş vəziyyətdə avtomobil idarə edərkən saxlayıb. Maşınsız qalan Tara özünə 60 dollara "Barbi-cip" alıb.



Atası ona velosiped təklif etsə də, qız bundan imtina edib. Uşaqlar üçün nəzərdə tutulmuş maşını alarkən satıcı "Uşaq hanı? Test eləmək üçün lazımdır" deyincə Tara uşağın özü olduğunu bildirib:



"Bu məşhurlaşmaq üçün ən yaxşı üsul oldu. Ümumiyyətlə, kollecdə təhsilim zamanı indiyə qədər ən yaxşı qərarım bu olub".



"Barbi-cip"lə şəhərdə gəzən qızın fotoları sosial şəbəkələrdə yayıldıqdan sonra o, əsl ulduza çevrilib. Avtomobil batareya ilə işləyir və sürəti saatda 8 kilometrdir.




 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!