Ayan Babakişiyevanın xoşbəxt ailəsi - FOTOSESSİYA

Ayan Babakişiyevanın xoşbəxt ailəsi - FOTOSESSİYA
Xəbərlər
10.09.2017 11
Müğənni Ayan Babakişiyeva əkiz qardaşı Samir və övladı Selena ilə fotokameramız qarşısına keçib.



Açıqlama verən ifaçı qardaşı ilə münasibətlərindən, onun tələblərindən danışıb:



"Qardaşımla əkiz olsaq da, tam fərqli insanlarıq. Hər zaman ona həsəd aparmışam və onunla fəxr edirəm. Çox realist insandır. Bizdən uzaqda yaşayır. Nə vaxt əhvalım pis olursa, Samir bunu hiss edir. Həmişə yanımda olduğunu hiss edirəm. İndi Selenaya çox bağlıdır. Məni yaddan çıxarıb (gülür). Qardaşım həmişə intellektual səviyyəmin yüksək olması üçün mənə kömək edir. Bilmədiklərimi öyrətməyə çalışır”.



A.Babakişiyeva Samirin ona heç bir qadağa qoymadığını bildirib:



"Heç vaxt çərçivədən çıxmamışam. Ona görə də qardaşımdan qadağa görməmişəm. Həmişə deyir ki, oxu, biliklən və mütaliə et ki, həmkarlarından seçil. Heç vaxt çox bacı-qardaşımın olmasını istəməmişəm. Mən eqoist insanam. Düşünmüşəm ki, bacım olsa, onu məndən çox istəyəcəklər”.




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!