Azərbaycan xüsusi təyinatlısı gözəllik yarışında - FOTOLAR

Azərbaycan xüsusi təyinatlısı gözəllik yarışında - FOTOLAR
Xəbərlər
10.09.2017 15
Müsabiqə Antalyada keçirilir.



Azərbaycan ordusunun xüsusi təyinatlı dəstəsində xidmət edən Tehranə Bəhruzi "Mrs. Top of the World-2015” beynəlxalq gözəllik müsabiqəsində iştirak edəcək.



Bu barədə "Miss & Mister Azerbaijan” gözəllik müsabiqəsinin mətbuat xidmətindən məlumat verilib.



Məlumata əsasən, müsabiqə noyabr ayının 13-dən 18-ə qədər Antalyada keçiriləcək.



"Mrs. Top of the World-2015” müsabiqəsi "IntRIGA World” fondu tərəfindən təsis edilib və xeyriyyə xarakteri daşıyır. Müsabiqədə 26 yaşdan 46 yaşa qədər olan qadın və qızlar iştirak edə bilər - subay, evli, uşağı olan və ya olmayan.



Müsabiqənin proqramına müxtəlif mədəni tədbirlər, fotosessiyalar və mətbuatla görüş daxildir.



Yarışın finalında 5 qalib müəyyən edilir, və onlar aşağıdakı adlarla ilə yanaşı sponsorlardan müxtəlif bahalı hədiyyələr alırlar:

 

Mrs. Top of the World

I Vice Mrs. Top of the World

II Vice Mrs. Top of the World

III Vice Mrs. Top of the World



Həmçinin əlavə Mrs. Top of the World / Audience Favourite titulu da təsis edilib. Bu ada və tacı tamaşaçıların rəğbətini qazanan iştirakçı layiq görülür.



Tehranə Bəhruzi 1986-cı ildə sentyabr ayının 7-də Rusiyanın Xabarovsk bölgəsində anadan olub. Hal-hazırda Bakıda yaşayır, Azərbaycan vətəndaşıdır.



Azərbaycan ordusunun xüsusi təyinatlı dəstəsində xidmət edib. Hərbi karyerasını davam etdirmək və Azərbaycanı layiqincə beynəlxalq müsabiqədə təmsil etmək niyyətindədir.




 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!