Coli və Pitin 9 yaşlı qızı cinsini dəyişmək istəyir

Coli və Pitin 9 yaşlı qızı cinsini dəyişmək istəyir
Xəbərlər
10.09.2017 9
Hollivudun məşhur cütlüyü Ancelina Coli və Bred Pittin qızı Şaylo cinsini dəyişmək istəyir.



9 yaşlı qız oğlan kimi geyinir və bütün tanışlarından onu Piter çağırmalarını xahiş edir.



Bu davranışlar valideynləri narahat etmir. Ancelina və Pitt dəfələrlə deyiblər ki, onlar uşaqların azadlıqalrına qarışmaq istəmirlər. Aktyor bunu balaca qızın uşaq şıltaqlığı adlandırır. O, Şaylonun indi olduğu kimi böyüyəcəyinə, yəni cinsini dəyişməyəcəyinə inandığını deyib. Ancaq bu heç də qızcığaz üçün oyun deyil. O, bu haqda ciddi olduğunu deyib və valideynlərinə yalvarıb ki, onu cərraha aparsınlar.



Ancelinanın reaksiyası isə onların yaxınlarını təəccübləndirib. O, qızının bu istəklərini əvvəl zarafat kimi qəbul edib, sonra isə Şaylonun arzusuna mane olmayacağını vurğulayıb. B.Pittin anası Ceyn Pitt artıq həyəcan siqanalının verilməli olduğunu bildirib. Coli isə onları qızın işinə qarışmamağa razı sala bilib.



Aktrisa bu haqda belə düşünür:



"Şaylo oğlan olmaq istəyir. Ona görə onun saçını qısa kəsirik. O, idman üslubunda və şalvar geyinməyi sevir. O, qardaşları kimi olduğunu deyir. Düşünürəm ki, qızımda aktrisalıq güclüdür. Çünki mən də uşaqlıqda onun kimi bəzənib geyinirdim və bütün günü atılıb düşürdüm".



Qeyd edək ki, cütlüyün Efiopayan uşaqlığa götürdüyü Zahara adlı qızları da ölkəsinə bioloji anasına qayıtmaq barədə düşünür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!