Müğənni oğurluqla üz-üzə: "Kaş ki, öləydim" - fotolar

Müğənni oğurluqla üz-üzə:
Xəbərlər
10.09.2017 40
Lana Del Reyin yeni albomu yayımlanmadan öncə oğurlanaraq pirat üsullarla yayılıb.



Sənətçinin meneceri bunun rus piratlar tərəfindən edildiyini deyərək onları "zəhmət oğurluğu"nda günahlandırıb.



Albomda 60-cı illərin məşhur müğənnisi Nina Saymonun"Please Don't Let Me Misunderstood" ifasının yeni versiyası və 13 yeni mahnı var.



Hər zaman depressiyada olduğunu hiss etdirən Lana "The Guardian"a verdiyi müsahibədə "kaş ki, öləydim. Belə yaşamağa davam etmək istəmirəm, amma məcburam" deyib:



"Belə hiss edirəm. Ölümün yaxın olduğunu bilsəm, qorxardım, amma yenə də bir şey dəyişmir. Ailəm "həyatın bir film kimidir" deyir". Mən də "düz deyirsiniz, bərbad bir film" cavabın verirəm.



Müğənni başqa müsahibəsində Kurt Kobein və Emi Uaynhauzu ilham qaynaqları arasında göstərərək deyib:



"Gördüyüm işlər önəmlidir, amma buna görə hörmət edilməyini istəmirəm. İnsanların musiqimi sevmədiyini hiss etdiyimdə və 10 ilimi bu işə xərclədiyimi düşünəndə içki içmək istəyirəm".




 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!