Aysel Əlizadə: "Məni ərə verib, boşatdırdılar"

Aysel Əlizadə:
Xəbərlər
10.09.2017 11
Müğənni Aysel Əlizadə barəsində yayılan şaiyələrə nöqtə qoyub.



10lara açıqlama verən sənətçi daha çox şəxsi həyatının müzakirə edildiyindən danışıb:



"Məni ərə də "verdilər", "boşatdılar" da, hətta ana da "etdilər". Çox şayiədən hamıdan sonra xəbər tuturam. Şəxsi həyatımın müzakirəyə çıxarılmasını istəməmişəm. Maraqlı deyiləm. Özümü güclü insan hesab edirəm. Hansısa bir durumda depressiyaya düşsəm, bu az davam edir. Depressiyada olanda nə saçımı kəsdirirəm, nədəki rəngini dəyişirəm. Həmin an özümü daha güclü hiss edirəm. Kiminsə gözü önündə aciz görünməyi sevmirəm. Başımı hər zaman dik tutmuşam. Bəlkə də, daxilən yıxılıram, amma bunu biruzə vermirəm. Depressiyaya çox düşmüşəm, amma çıxmağı da bacarıram".



Aysel onu gözü götürməyənlərdən danışdı. Həmin insanları yaxşı tanıdığını qeyd etdi.



"Həmin insanlar heç bir vaxt məni gözü yaşlı görə bilməyəcək" - deyən Aysel bir-birinin ardınca maraqlı sənət işləri təqdim edəcəyini vəd etdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!