19 yaşlı model ölkəmizi Tayvanda təmsil edəcək - FOTOSESSİYA

19 yaşlı model ölkəmizi Tayvanda təmsil edəcək - FOTOSESSİYA
Xəbərlər
10.09.2017 11
Şirəliyeva artıq hazırlıqlara başlayıb.



Qızlar arasında keçirilən dünyanın tanınmış gözəllik müsabiqələrindən olan "Charity Queen of One Power International” yarışmasınının Azərbaycan təmsilçisi məlum olub.



Bu haqda məlumatı World Beauty Congress-in Qafqaz ölkələri üzrə koordinatoru Aqil Məmiyev verib.



Təşkilatçı açıqlamasında bildirib ki, kastinqin nəticələrinə görə sözügedən müsabiqədə ölkəmizi təmsil etmək üçün Günel Şirəliyeva seçilib.



Təmsilçimiz yarışmada iştirak etmək üçün noyabrın 16-da Tayvanın paytaxtı Taybey şəhərinə yola düşəcək. Şirəliyeva artıq hazırlıqlara  başlayıb. Onun üzərində təcrübəli stilist Mirvari Əliyeva çalışır.



Qeyd edək ki, yarışmanın beynəlxalq direktoru World Beauty Congress-in prezidenti Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir.



19 yaşlı model müsabiqə üçün tanınmış fotoqraf  Vüsal Verdiyevin obyektivi qarşısına keçərək yeni fotosessiya etdirib.




 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!