"Boşansaq da, hər gün zəngləşirik" - fotolar

Xəbərlər
10.09.2017 17
Avstraliyalı top model Miranda Kerr "Tatler” jurnalı üçün fotosessiya etdirib.



60-cı illərin obrazında kamera qarşısına keçən Miranda gözəllik sirlərini bölüşüb. O, təbii qidalara üstünlük verdiyini deyib:



"İndi yaşadığım evin öz bağı və bostanı var. Orada hər cür meyvə və tərəvəz yetişdirirəm. İnsanlar inanmırlar, amma mən harasa gedəndə, hətta təyyarəyə belə öz hazırladığım yeməkləri aparıram. Otellərdə qalanda isə mənə buxarda bişirilmiş tərəvəzlər və göyərti soku gətirilməsini istəyirəm. Çünki onlar dəriyə, saçlara və dırnaqlara faydalıdır. Şkafımda hər zaman şokoladım olur. Saçlarımın belə təbii görünşü də təbii qidalardandır. Yeri gəlmişkən, oğlum Flinnin saçları da mənimkinə bənzəyir. Ancaq o, atası Orlando kimi əsl britaniyalı ləhcəsi ilə danışır”.



Hazırda 25 yaşlı milyarder Evan Şpiqellə sevgili olan Miranda keçmiş həyat yoldaşı, aktyor Orlando Blumdan da danışıb:



"Bizim münasibətimiz çox yaxşıdır. Boşansaq da, hər gün zəngləşirik, bayramları bir yerdə qeyd edirik. Biz çox yaxınıq və hər zaman da bir-birimizi sevəcəyik”.




 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!