"İşte benim stilim"in aparıcısından gözəllik sirrləri - fotosessiya

Xəbərlər
10.09.2017 17
"İşte benim stilim" dəb yarışmasının aparıcısı Öykü Serter fotokamera qarşısına keçərək poz verib.



Eyni zamanda müsahibə verən Öykü gözəllik sirrləri və dəb haqda danışıb:



"Vaxt tapdıqca üzürəm və qaçışa çıxıram. Boş vaxtlarımda dincəlirəm, yuxumu doyunca almağa çalışıram. Qidalanmama xüsusi diqqət edirəm. Həzmlə bağlı problemlərim olduğu üçün hər şeyi yeyə bilmirəm. Gündəlik pəhriz menyum var.



Geyim üçün brendləri izləyirəm, amma öz stilimə uyğun hər şeyi geyinə bilərəm. Hər tərzdən bir az varımdı. Bu mövzuda kəskin prinsiplərim yoxdur".



Aparıcı heç vaxt imtina etməyəcəyi üç şeyin ailəsi, dostları və iki iti olduğunu deyib. O, sonda 5 suala qısa cavab verib



- Öyrənməyə çalışdığım ən əsas şey - səbr;

- Həyatda məni ən çox güldürən - qardaşımın danışdıqları;

- Südlü çay içmədən və itlərimi gəzintiyə çıxarmadan günə başlamıram;

- İzləməkdən heç vaxt əl çəkməyəcəyim ekran işi - "Monthy Pyton";

- Həyatımı dəyişdirən kitab - İbn Ərəbinin "Fütuhat-ı Məkkiyə" kitabı hələ də həyatımı dəyişdirir.




 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!