Günay İbrahimlidən Günahı üçün - FOTOSESSİYA

Günay İbrahimlidən Günahı üçün - FOTOSESSİYA
Xəbərlər
10.09.2017 4
Xəbər verdiyimiz kimi müğənni Günay İbrahimli "Günah” adlı yeni mahnısını təqdim edir.



Sözləri Sənan Mayılov, musiqi və aranjeman Tərlan Məmmədhüseynova məxsus mahnının tezliklə remix versiyası hazır olacaq. Günayın qarşıdakı planlarında mahnıya klip çəkdirmək var.



Hələlik isə ifaçı mahnıya uyğun yeni fotosessiyada çəkilib. Günay obrazının həm yeni işinə, həm də əhvalına uyğun olduğunu açıqlayıb:



"Hər mahnının öz obrazı öz nəfəsi var. Mən daha gözəl fotosessiya da elətdirərdim. Amma düşündük ki, məhz bu imic daha uyğundur. Ümumiyyətlə, hər kəs bilir ki, mən şəkil çəkdirmək dəlisiyəm. Və nə qədər çox çəkdirsəm əhvalım o qədər gözəl olar. Bütün fotosessiyalarımın sonunda yorulmaq əvəzinə daha çox güc alıram”.



Fotosessiyanın müəllimi Fərhad Əhmədovdur. Günayın obrazı üzərində məşhur stilist Elnur Həsənov çalışıb.




 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!