ATV-nin Nurlanası: Mənə qadağa qoymağa ehtiyac yoxdur - fotosessiya

ATV-nin Nurlanası: Mənə qadağa qoymağa ehtiyac yoxdur - fotosessiya
Xəbərlər
10.09.2017 4
106 FM-in diceyi, ATV-nin aparıcısı Nurlana Cəfərova fotoqraf Bəhruz Əlizadənin kamerası qarşısına keçərək, şəkillər çəkdirib.



Açıqlama verən aparıcı yeni qurduğu ailə həyatından bəhs edib:



"Ailə həyatı qurduqdan sonra həyatımda ciddi dəyişikliklər olmayıb. Həyatım əvvəlki axarı ilə davam edir. Bizdə qadağalar yoxdur, qarşılıqlı anlayış var. Bir də ki, mənə qadağa qoymağa ehtiyac yoxdur. Çünki hər addımımda ehtiyatlı, yüz ölçüb bir biçən olmuşam”.



N.Cəfərova "Bilirik ki, əriniz Türkiyə vətəndaşıdır. Heç qardaş ölkəyə köçüb, orada yaşamaq təklifi almamısınız” sualına belə cavab verib:



"Belə təklif olub, amma mən vətənimi çox sevən biri kimi ölkəmi tərk edib, başqa yerdə yaşamağı düşünmürəm. Bunu yalnız qısa müddətlik təhsil və ya işlə bağlı etmək olar”.



Aparıcı televiziyadakı fəliyyətini dayandırmasının səbəblərini də açıqlayıb:



"2 ildir efirə çıxmıram. Buna səbəb 106 FM-dəki işimin çoxluğudur. ATV-də efirə gedən bir çox proqramların həm aparıcısı, həm də müəllifi olmuşam. Hər zaman musiqili-əyləncəli, daha çox gənclərin izləyib, yaxından maraqlandığı işləri təqdim etmişəm. Burada həm də istedadlı gənclərin ortaya çıxmasına kömək etmişəm. Yeni layihə hazırlamaq istəyirəm. Müxtəlif yaş kateqoriyasına aid olan insanların həvəslə izləyə biləcəyi mövzu olsun. İndi mənə güclü komanda lazımdır. İşin gözəl və səviyyəli şəkildə reallaşması üçün dəstəyə ehtiyacım var. Çünki hər şey tək bizdən asılı olmur. Bütün bu imkanları əldə etdikdən sonra efirə qayıdacağam”.



Nurlana formada qalma sirrlərini də bölüşüb:



"Yeyib-içdiyimə diqqət edirəm. Özümü güclü pəhrizlərlə yormuram. Həftənin bir günü yalnız su içirəm. Qazlı su qəbul etmirəm. Əvvəl idmanla məşğul olurdum. İndi vaxtım yoxdur. Yenidən üzgüçülüyə getməyi istəyirəm. Uzun müddətdir, sınaqdan keçirdiyim xüsusi kremlərdən istifadə edib üz dərimi və bədənimi nəmləndirirəm. Qarşıdan qış gəlir. Bir çox xanımlar dərisinin qurumasından şikayətlənir. Məsləhət verərdim ki, tənbəllik etməsinlər. İnternetdən ən uyğun reseptləri seçib, maskalar hazırlasınlar. Daim cavan qalmaq mümkün deyil. Amma gözəl cavanlıq yaşamaq öz əlimizdədir”.



Qeyd edək ki, Nurlana Türkiyə vətəndaşı Mehmet Uğurla ailə qurub. Cütlüyün toyu mayda baş tutub.



Geyim və aksessuarlar Günel Behbudovaya məxsusdur:




 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!