"Özümdən bezmişəm" - Röya

Xəbərlər
10.09.2017 10
Müğənni Röya Ayxan "Onlar"a açıqlama verib.

Sənətçi özündən bezdiyini bildirib:



"Mən uzağa gedəndə qədrimi yaxşı bilirlər. Adamlar bir yerdən uzaqlaşanda onu hiss etməyə başlayırlar. Məni hər zaman çox istəmək lazımdır. Çox başadüşülməz insanam. Səhər yaxşı əhvalla yuxudan oyanıram, 2 saatdan sonra başqa ab-havada oluram. Özüm-özümdən bezmişəm. Hər şeyi problem etməkdən, işlərə diqqətlə baxmaqdan yorulmuşam. Bəlkə də buna görə uğur qazanıram. Amma mən diqqəti ətrafımdakılardan gözləyirəm. Çalışıram hər zaman keyfiyyətli klip alınsın".



R.Ayxan "Yerli məşhurlardan uğurunuza sevinən oldu" sualına isə belə cavab verib:



"Mənə onların dəstəyi lazım deyil".



Yeniliklərindən söz açan müğənni "Növbəti mahnım Emre Bayar bəstəsi olacaq" deyə, söyləyib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!