Vüsalə Əlizadə qızı ilə gəzintidə - fotolar

Vüsalə Əlizadə qızı ilə gəzintidə - fotolar
Xəbərlər
10.09.2017 7
Aparıcı Vüsalə Əlizadə qızı Diləklə gəzintiyə çıxıb.



Açıqlama verən aparıcı övladına çox vaxt ayırdığını bildirib:



"APA TV-dəki işim saat 12-də bitir. Tez evə gedir, qızımla nahar edirəm. Bir saat içində onunla şəkil çəkir, başqa oyunlar oynayıram. Daha sonra ATV-dəki işimə yollanıram. Axşam evə qayıdanda qızımla söhbət edir, bütün günü nəylə məşğul olduğunu soruşuram. Uşaqlara az yaşından diqqət göstərmək lazımdır. Körpə valideyn diqqətini, sevgisini hiss etməlidir. Onda daha məsuliyyətli böyüyür. Mən öz ailəmdə də belə görmüşəm. Dilək hərdən kapriz edir ki, işə getmə, mənimlə qal. Ona izah edirəm ki, işləməsəm, sənə paltar kitab ala bilmərəm, gəzməyə getmərik. Bu halda zəhməti də başa düşür. Həftədə bir dəfə onu harasa aparıram. İstəyirəm dünyagörüşü artsın”.




 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!