Günelin mediadan gizlətdiyi həyat yoldaşı - FOTOLAR

Günelin mediadan gizlətdiyi həyat yoldaşı - FOTOLAR
Xəbərlər
10.09.2017 129
"Boşanmayıb, onun iki ailəsi var”.



Müğənni Günel Ələkbərova İnstagram hesabında mediadan gizlətdiyi həyat yoldaşının fotolarını paylaşıb.



İfaçını ərini ad günü münasibətilə təbrik edib.



Cütlüyün Məryəm adlı bir qız övladı var.



Qeyd edək ki, ifaçı verilişlərin birində açıqlamasında  ərinin ikinci ailəsi olduğunu etiraf etmişdi:



"Hamiləlik vaxtı bütün çəkilişlərdən imtina edib, evimdə oturdum. Mediadan gizli saxladım. Ona görə yox ki, kimlərdənsə çəkinirəm, yanlış addım atdım. Xeyr, qızım halallıqla dünyaya gəlib: hər ikimizin razılığı ilə, kəbinlə. Onun istəyi ilə qızımı kameralardan uzaq saxlayıram. Heç kimin şəxsi həyatına qarışmıram. Aramızda sevgi var idi. Onsuz heç vaxt uşaq xatirinə birlikdə ola bilmərdik. Bir nənəsi yanındadır. Onunla nəfəs alır. O biri istəmir.



Qızımın atasının başqa övladları var. Onlar arasında ayrı-seçkilik etmir. Boşanmayıb, onun iki ailəsi var. Biri mən, biri də odur. Ailəmin yanında pis iş görməmişəm. Allahdan başqa heç kimdən çəkinmirəm. Ayıb işim yoxdur ki, gizlədim. Mənim onun övladının biri ilə ünsiyyətim də var”.




 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!