Röya: İki il əvvəl bu gözəl qadınla tanış oldum

Röya: İki il əvvəl bu gözəl qadınla tanış oldum
Xəbərlər
10.09.2017 2
Müğənni Röya Ayxan Türkiyənin "Gözde FM” radiosunda qonaq olub.



Sənətçi yeni işıq üzü görən "Kesin bilgi” mahnısından bəhs edib:



"Bu mənim Türkiyədəki üçüncü işimdir. Bundan sonra da gözəl işlərimlə izləyicilərimin qarşısına çıxacam. Gülşəni çox sevirəm. Onun mahnılarını hər zaman izləyirdim. 2 il əvvəl bu gözəl qadınla tanış oldum. Ona dedim ki, sənin mahnın olsa, bir il də gözləyərəm. Mənim üçün çox önəmli, həyəcanlıdır. Uşaq kimiyəm, kimi görsəm, tez mahnı ilə bağlı fikrini soruşuram”.



R.Ayxan aparıcının "Mahnı Bakıda necə qarşılandı” sualına isə belə cavab verib:



"Türkiyədə mahnı çıxaranda Bakıda da dinlənilir, həyəcanla gözlənilir. Bakıda daha çox "partladı". Mən ilk olduğum üçün Türkiyədə yavaş-yavaş irəliləyirəm. Həm də burada gözəl sənətkarlar çoxdur. Onlarla birlikdə mənə də qucaq açsalar sevinərəm”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!