Aktyor boşandığı həyat yoldaşından danışdı: Həyatımdakı ən önəmli qadındır

Aktyor boşandığı həyat yoldaşından danışdı: Həyatımdakı ən önəmli qadındır
Xəbərlər
10.09.2017 17
Müğənni Yeşim Salkımın keçmiş həyat yoldaşı, aktyor Hakan Eratik onunla bağlı açıqlama verib.



O, tanış olmalarından, ayrılmalarından danışıb:



"Yeşimdən əvvəl uzunmüddətli münasibətim olmadı. Əvvəl ailə həyatını xoşlamırdım, bacara bilməyəcəyimi düşünürdüm. Elə bacara bilmədim də. Yeşimə evlilik təklifi etməmişdim. Nikah masasında "Bir dəqiqə dayanın, mən evlənmə təklifi etməmişəm" deyib, üzümü Yeşimə çevirdim və "Mənimlə evlənərsən?" soruşdum.

Hamı kimi yaşamaq məcburiyyətində deyilik. Alınmadı, ayrıldıq. Hamı sual verirdi ki, "Barışacaqsınız?". Biz küsülü deyildik ki... 8 il birlikdə yaşamışıq, bu qadına necə arxamı dönüb gedə bilərdim ki? Bundan sonrakı hayatında da nə vaxt ehtiyacı olarsa, yanına gedəcəm. Qızımın anasıdır.

Həyatda mənim üçün dəyərli 3 qadın var: anam, Yeşim və qızım. 4 aydır ayrıyıq. Bir ara istirahətə getdik, o da çox müzakirə olundu. Qızımın xoşbəxtliyi üçün hər şey edərəm".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!