Biz ər-arvad münasibətində deyilik - fotolar

Biz ər-arvad münasibətində deyilik - fotolar
Xəbərlər
10.09.2017 23
Aşıq Samirə Əliyeva keçmiş həyat yoldaşı Rizvan Məmmədovdan bəhs edib. 



Açıqlama verən sənətçi onunla barışma xəbərlərinin yalan olduğunu deyib:



"Biz ər-arvad münasibətində deyilik. Dost kimi mehribanıq. Barışıq heç gözlənilmir də. Hamı istəyər ki, ailəsi olsun. Amma qismət belədir. Ailə mövzusu ilə gündəmə gəlmək istəmirəm. Heç övladlarımın da verilişlərə çəkilməsinə razılıq vermirəm. Deyəcəklər ki, uşaqlarını reklam edir. Qarşı tərəf evlənsə də, üzülmərəm. Hərənin bir qisməti var. Hər bir insana xoşbəxtlik, ailə səadəti arzulayıram. O cümlədən də ona. Bütün media işçilərindən xahiş edirəm, şəxsi həyatdan danışmasınlar. Cavab verməməyim hörmətsizlik olar. Bunu edəndə də özüm inciyirəm. Bu da mənim bir yaramdı, hər dəfə danışıb təzələmək istəmirəm".



S.Əliyeva üçüncü dəfə ailə qurmayacağını bildirib:



"O kitab bağlandı. Uşaqlarım üçün yaşayıram. Onlar ailə qurub, öz evlərinə köçəcəklər. Nəvələrimlə başımı qatacam. Hər şeydən əvvəl məni sənətim yaşadır. Həm maddi, həm də mənəvi baxımdan kiməsə ehtiyacım yoxdur. Təkliyi hiss etməyə imkan qalmır”.




 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!