ATV-nin aparıcısı boşandı

ATV-nin aparıcısı boşandı
Xəbərlər
10.09.2017 11
ATV telekanalının aparıcısı Aysel Nazim boşanıb.

 

Açıqlama verən teleaparıcı bu xəbərin yayılmağını istəmədiyini bildirib.

 

"Gündəmə belə gəlmək istəmirəm. Bu xəbərin yayılması ürəyimcə deyil. Amma nə etmək olar? Artıq bu suallardan bezmişəm”.

 

O, boşanmasının səbəbini həyat yoldaşı ilə ayrı-ayrı ölkələrdə yaşamasıyla izah edib:

 

"Heç cür bir yerdə qərarlaşa bilmirdik. Mənim işim burada, vətənimdədir. O, isə iş adamıdır. Moskvada yaşayır. Yollarda qalmışdıq. Gah mən ora gedirdim, gah da o, bura gəlirdi. Belə yaşamaq çox çətin idi.  Birdəfəlik ayrılmağa qərar verdik. Qoy, hərə öz həyatını yaşasın”.

 

Cütlüyün Can adlı bir oğlu da var. Aysel oğlunun onunla qalacağını bildirib:

 

"Oğlum mənimlə qalsa da, istəyəndə atasının yanına gedəcək. Həyat yoldaşımla dost kimi ayrılmışıq. Hər şeydən öncə biz oğlumuzun valideynləriyik”.

 

Qeyd edək ki, Aysel Nazim 2008-ci ildən türk vətəndaşı ilə ailəlidir. Onların 6 yaşlı bir oğlu var. Cütlük ailə həyatına iki ay qabaq son qoyub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!