Ərinin xəyanətindən danışmaq istəmədi - fotolar

Ərinin xəyanətindən danışmaq istəmədi - fotolar
Xəbərlər
10.09.2017 29
Model Seçkin Piriler həyat yoldaşı, "Duman” qrupunun solisti Kaan Tangözenin xəyanətindən sonra ilk dəfə ortaya çıxıb.

Model rəfiqəsi və iki cangüdəni ilə birlikdə dəfilələrdən birinə qatılıb. Seçkin jurnalistlərin suallarını cavablandırmamaq üçün dəfilədən sonra kulisə keçib. Bir qədər sonra isə müxbirlərə ismarış göndərərək "Xahiş edirəm, heç kim mənə o mövzu ilə bağlı sual verməsin. Əgər dəfilə ilə bağlı nəsə soruşacaqlarsa, çıxıb cavablandıra bilərəm” deyib.

Paparassilər S.Pirilerin bu istəyi ilə razılaşsalar da, modelə ərinin xəyanəti ilə də bağlı sual veriblər. Seçkin isə bu sualı "Dəfilə xoşunuza gəldi?” sözlərilə eşitməzlikdən gəlib.

Qeyd edək ki, Seçkin Pirilerlə Kaan Tangöze 5 ildir, ailəlidir. Cütlüyün 2 övladı var. Kaan bu yaxınlarda məkanların birindən çıxarkən başqa bir qadınla görüntülənmişdi.




 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!