Azərbaycanda matəm elan olundu

Azərbaycanda matəm elan olundu
Xəbərlər
10.09.2017 6
Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində matəm elan olunub.



Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev qərar verib.



Qərara əsasən, 6 dekabr 2015-cı il mətəm günü elan edilib. Respublika ərazisində və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları yarıya qədər endirilib, əyləncə xarakterli tədbirlər təxirə salınıb, radio və televiziyalara, habelə digər media orqanlarına şou tipli verilişlərə yer verməmək tövsiyə olunub.



Qeyd edək ki, dekabrın 4-də Xəzərdəki "Günəşli” yatağında baş vermiş qəzada 32 nəfər xilas olunub, 1 nəfər həlak olub, 30 nəfər isə itkin düşüb.



Hadisə ilə bağlı Dövlət Komissiyası yaradılıb cinayət işi açılıb. Qəzada itkin düşənlərin axtarış-xilasetmə işləri davam etdirilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!