ATV-nin aparıcısı qızı ilə: Övladımın ən yaxın rəfiqəsi mənəm - fotolar

ATV-nin aparıcısı qızı ilə: Övladımın ən yaxın rəfiqəsi mənəm - fotolar
Xəbərlər
10.09.2017 34
ATV-nin aparıcısı Samirə Mustafayevanın qızı Nuran podiuma çıxıb, modellik edib. 



Açıqlama verən aparıcı övladının dəblə çox maraqlandığını bildirib:



"Qızım gözünü açandan ancaq geyimlər görür. İnternetdən paltarlar seçir, mənimlə mağazaları gəzir. Libaslara qarşı çox həvəslidir. Eyni zamanda da mənim kimi rəsm çəkir. Əgər qızım rəssamlıq edərsə, mən xoşbəxt ana olaram. Mən özüm nail olmadığım sənətləri qızım etsin. İndi hansı uşağı dindirirsən, deyir ki, müğənni olacam. Hamının evində müğənni böyüyə bilməz ki... O müğənninin şəklini çəkəcək rəssam, xəstələnəndə sağaldacaq həkim də olmalıdır”.



S.Mustafayva qızı ilə rəfiqə olduğunu deyib:

"Biz tək ana-bala deyilik. Övladımın ən yaxın rəfiqəsi mənəm. Bunu böyüyəndə də davam etdirəcəm. Elə davranacam ki, o kənarda rəfiqə axtarmasın. Yalan üstə belə onu danlamıram. Hər zaman düzgün yol göstərirəm”.



Qeyd edək ki, S.Mustafayeva ATV-nin aparıcısı Vaqif Aydınoğlu ilə ailəlidir.




 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!