İlk dəfə şahzadə Diananın tacını taxdı - fotolar

İlk dəfə şahzadə Diananın tacını taxdı - fotolar
Xəbərlər
10.09.2017 22
İngilis kral ailəsinin sevimli üzvü olan Kembric hersoginyası Keyt Midlton növbəti dəfə atdığı addımla Britaniya əhalisinin etimadını qazanıb. 



Şahzadə Uilyamın xanımı mərhum qayınanası Diananın tacını taxıb. Daha əvvəl üç dəfə kral ailəsinə məxsus tacla ictimaiyyət arasına çıxan Keyt şahzadə Diananın tacını ilk dəfə başına qoyub. 



33 yaşlı, iki uşaq anası olan K.Midlton sevimli dizayneri Aleksandr MakQuinin hazırladığı tül gecə libası geyinib. Lakin diqqətlə baxanlar Keytin bu libası ilk dəfə geyinmədiyinin şahidi olublar. K.Midlton 2013-cü ildə də məclislərin birinə eyni libası geyinmiş və eyni sırğaları taxmışdı. 



Qeyd edək ki, bu tacı şahzadə Dianaya kraliça II Yelizavetta toy hədiyyəsi olaraq bağışlayıb. Diana almaz və mirvarilərdən ibarət həmin tacı dəfələrlə məclislərə taxıb.




 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!