İraqda 43 ildə ilk dəfə İlin gözəli seçilib

İraqda 43 ildə ilk dəfə İlin gözəli seçilib
Xəbərlər
10.09.2017 39
İraqda 43 ildə ilk dəfə olaraq gözəllik müsabiqəsi keçirilib.

Müsabiqənin nəticələrinə əsasən, 20 yaşlı Şalma Əbdülrəhman İraq gözəli seçilib. İraq "Kainat gözəli -2017” müsabiqəsində təmsil olmaq niyyətindədir və bu səbəbdən müsabiqə beynəlxalq meyarlara maksimal səviyyədə uyğunlaşdırılıb.

 Lakin, buna baxmayaraq, iştirakçıların səhnəyə çimərlik geyimində çıxışı yarışmanın proqramına daxil edilməyib.

 "Mən İraqın irəliyə doğru getməsinə çox şadam”, deyə müsabiqənin qalibi sevincini bölüşüb. Təşkilatçılar müsabiqəni oktyabrda keçirməyi planlaşdırıblar, lakin iştirakçıların ünvanına gələn təhdidlər səbəbindən tədbir təxirə salınmışdı.

 Qeyd edək ki, bundan əvvəl "İraq gözəli” müsabiqəsi sonuncu dəfə 1972-ci ildə keçirilib. O zaman müsabiqənin qalibi Vicdan Burhan əd-Din Süleyman seçilmişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!