İnstaqramda ağzına gələni yazanlara... - Günay əsəbiləşdi

İnstaqramda ağzına gələni yazanlara... - Günay əsəbiləşdi
Xəbərlər
10.09.2017 8
ATV-nin aparıcısı Günay Firudinqızı sosial şəbəkədə onu tənqid edənlərə sərt cavab verib. 



Aparıcı ona şər atdıqlarını vurğulayıb:



"Bir müddət əvvəl bir aparıcını İnstaqramda yazdığı təhqir dolu sözlərə görə qınamışdım. Nə olursa olsun bir qadına təhqirlə danışmaq yaraşmaz. Bu gün bir şərəfsiz məni təbdən çıxardı. Həmin aparıcını başa düşdüm. Başqasının günahına girən insanın şahidi oldum. Üzüldüm ki, şər danışmaq bəziləri üçün nə qədər adiləşib. İçi kin, nifrət qoxan həşəratlar dünyamızda nə qədər çoxalıb. Allahdan, onun yaratdıqlarına şər atmaqdan qorxun. Bu dünyadan kəfənlə getmək belə hər adama qismət olmur. Kirlənmiş ruhunuzu kəfənə sarımaq sizə qismət olacaqmı? Ay dinsiz, imansız... Sözüm İnstaqramda saxta profil açıb ağlına və ağzına gələni yazanlaradır”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!