Çağatay: Filmdəki o səhnədən heç utanmadım - FOTOSESSİYA

Çağatay: Filmdəki o səhnədən heç utanmadım - FOTOSESSİYA
Xəbərlər
10.09.2017 12
Aktyor Çağatay Ulusoy karyerası, şəxsi həyatı və qadınlar haqda danışıb.



"Delibal" filmində Leyla Lidia ilə öpüşmə səhnələrindən danışan aktyor bunun film üçün vacib olduğunu deyib:



"Öpüşmə səhnələrində utandım" açıqlaması mənim bir neçə il əvvəlki müsahibəmdəndir. Bu filmdə şişirdiləcək bir şey yoxdur, ailəliklə oturub izləyə bilərsiniz".



O, filmdə Sezen Aksunun xüsusi olaraq yazdığı mahnını oxumağın ayrı zövq olduğunu bildirib. Səhnələrdən birində çılpaq görünən Çağatay ssenariyə görə o səhnənin mühümlüyünü başa salıb:



"O səhnədə utanmadım, həqiqətən də çılpaq idim. Qəhrəmanımın psixoloji problemlərini belə daha yaxşı təsvir edə bilərdik".



Ç.Ulusoy qadınların onun seksual olması haqda düşüncələrinə münasibət bildirib:



"İndiyə qədər kimsə mənə yaxınlaşıb "salam, çox seksualsınız" deməyib. Çox vaxt "ailənin uşağı" deyirlər. Məni daha əvvəldən tanıyırmış kimi davranırlar. Canlandırdığım obrazlar hamısı çox mədəni oğlanlar idi. Ona görə özlərinə yaxın hiss edirlər".




 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!