Əri sağ olanda da mənimlə görüşürdü - Nazlıya sərt ittihamlar

Əri sağ olanda da mənimlə görüşürdü - Nazlıya sərt ittihamlar
Xəbərlər
10.09.2017 11
"İşte benim stilim" yarışmasıyla tanınan, yay aylarında həyat yoldaşı Emirin öldürülməsi ilə gündəmə gələn model Nazlı Hamarat bu dəfə sevgilisi ilə qalmaqalına görə müzakirə olunur.

Keçən həftə sevgilisi Doruk Haybatın onu döydüyünü iddia edən Nazlıya qarşı tərəfdən cavab gəlib.

D.Haybat əslində Nazlının ona hücum etdiyini iddia edib:

"Mən memaram. 2005-ci ildə Nazlıyla ortaq dostlarımız sayəsində tanış olduq. Dost idik, amma sevgili olmadıq. Avqusta bir dostum mənə dedi ki, "əri Nazlını döyür, kaş ki sən onunla evlənsəydin". Mən də dəstək üçün Nazlı ilə əlaqə saxladım. Bir şeyə ehtiyacı olarsa, kömək edəcəyimi dedim. Bu, onun tərəfindən başqa cür qarşılandı. Evli ola-ola sevgili kimi davranmağa, görüşməyə başladı. Hadisəyə Emir də qarışdı. Evliliklərinə qarışmamaq üçün görüşməyi dayandırdım.

 

Emir öləndə Nazlıya başsağlığı verdim. Sonra aramızda qığılcım yarandı... Bizim evimizdə yaşayırdıq. Bir gün keçmiş sevgilimdən gələn mesajı gördüyü üçün aramızda problem yarandı. İzah etməyə çalışdım, amma o, söydü, əlinə keçəni üstümə atdı. Qışqırdı, aşağıda olan atamla anam da gəldi. Ona heç bir çimdik də vurmadım. Amma qollarında dırnaq izi var...

 

Yeni mahnı buraxacaq, uğurlu olsun. Reklam üçün hər şey edəcəyini bilirdim, amma buna mənim daxil olacağımı təxmin etməzdim".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!