17 yaşlı qızın həyatını İnstaqram dəyişdi - FOTOLAR

17 yaşlı qızın həyatını İnstaqram dəyişdi - FOTOLAR
Xəbərlər
10.09.2017 52
"Həyatım dəyişib. Sanki, nağıllar aləminə düşmüşəm. İndi məşhur agentliklərdən, brendlərdən təkliflər alıram. Əladır".

İspaniyanın Benidorm şəhərində yaşayan 17 yaşlı Sindi Kimberlinin həyatı, həqiqətən də, dəyişib.

17 yaşlı Sindi adi ailələrdən birinin övladıdır və bu yaxınlaradək saatı 5 dollar olmaq hesabı ilə dayə işləyirdi.

Lakin məşhur müğənni, 21 yaşlı kanadalı Castin Biber İnstaqram-da onun fotosunu görəndə və profilində "Tanrım, bu gözəl kimdir?" yazandan sonra Sindi məşhurlaşıb.

Biberin fanatları bu qızı çox qısa müddətdə sosial şəbəkələrdə tapıblar.

Castin Biber 47,5 milyon daimi təqibçisi olan profilində Sindi Kimberli barədə yazandan sonra 17 yaşlı qızla məşhur model agentlikləri, brendlər maraqlanmağa başlayıblar.

Tatar supermodel İrina Şeykə bənzəyən model gələn ay İspaniyanın paytaxtı Madriddə keçiriləcək " Madrid Fashion Week"ə dəvət alıb.

O, məşhur modellərlə birlikdə podiuma çıxacaq.




 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!