5 övlad gözləyən ana: Əzab çəksəm də, sevinirəm - FOTOSESSİYA

5 övlad gözləyən ana: Əzab çəksəm də, sevinirəm - FOTOSESSİYA
Xəbərlər
10.09.2017 32
"Hər gecə ən azı 12 dəfə vanna otağına gedirəm. Belimdə, qarnımda daim ağrılar var. Üstəlik, gündə 6 min kalori yeməliyəm. Çətindir, çox çətindir. Amma əzab çəksəm də, sevinirəm".

Avstraliyanın Pert şəhərinin sakini, 26 yaşlı Kim Tuççi hamilədir. Onun hamiləliyinin başa çatmasına az qalıb.

4 ay əvvəl keçirilmiş ultrasəs müayinəsi Kimin bətnində beşəm əkizlər olduğunu göstərib.

Beləcə, Kim ana olacaq və bir gündə 5 övladını dünyaya gətirəcək.

İki qız anası olan Kimin beşəmləri dünyaya gələndən sonra Tuççi ailəsindəki uşaqların sayı 7-yə çatacaq.

"Üçüncü övladıma hamilə qalanda artıq bilirdim ki, bətnimdəki tək uşaq deyil, əkizlərdir. İki övlad olduğunu düşünürdüm. Amma bətnimdə 5 nəbzin vurduğu öyrənəndə şoka düşdüm. Onlar 5 nəfərdir. Dörd qız və bir oğlan..." - Kim Tuççi Facebook-dakı səhifəsində yazıb.

Onun Facebook-dakı səhifəsinin daimi təqibçilərinin sayı artıq 136 mini keçib.

Kim Tuççi bildirir ki, gündə üç dəfə yeyir və hər dəfə bir adamın gündəlik rasionundakı kaloriləri qəbul edir: "Bu minvalla, hər gün üç adamın yeməyini yeyirəm. Bətnimdəki 5 insan bu qədər yeməyimi şərtləndirir"




 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!