Türkiyənin məşhur azərbaycanlı aktrisasından - fotosessiya

Türkiyənin məşhur azərbaycanlı aktrisasından - fotosessiya
Xəbərlər
10.09.2017 4
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə "Nargis” jurnalına müsahibə verib. 



Aktrisa Bakı ilə bağlı təəssüratlarını bölüşüb:



"Bakı – uşaqlığımın şəhəridir. Burada hər şey mənə doğmadır. Uşaqlıq xatirələri illərcə yaddaşdan silinmir. Hər dəfə Bakıya gələndə dərindən nəfəs alır, neft qoxulu havanı içimə çəkirəm”.



Aktrisalıq fəaliyyətindən danışan Nəsrin çətin obrazları canlandırmağı sevdiyini bildirib:



"İlk başlayanda mənə maraqlı olanı edirdim. Hər yeni obrazda rejissorlar məni təəccübləndirirdi. Bu da məni ilhamlandırırdı. Düşünürəm ki, düz yol seçmişəm. Mənə xoşbəxtlik verən işi yaxşı bacardığıma inanıram. Peşəmdə zirvəni fəth etdiyimi düşünmürəm, bu hələ başlanğıcdır. Hər yeni obraz mənim üçün böyük işdir. Özgə həyatı yaşamaq və obraz yaratmaq asan deyil. Daha çətin obrazlar yaratmaq istəyirəm. Öz xasiyyətimdən uzaq bir obrazı canlandırmağı xoşlayıram. Əgər rolum tələb edərsə, uzun vaxtımı sərf edib, hansısa musiqi alətində ifa etməyi də öyrənərəm. Ona sərf edəcəyim vaxta isə heç heyfslənmərəm".




 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!