58 yaşlı kafedra müdirinin 17 yaşlı tələbəsi ilə sevgi macərası qalmaqal oldu - FOTOLAR

58 yaşlı kafedra müdirinin 17 yaşlı tələbəsi ilə sevgi macərası qalmaqal oldu - FOTOLAR
Xəbərlər
10.09.2017 20
Ukraynada qalmaqallı sevgi macərasının təfərrüatları ortaya çıxıb.

 

Donetsk Milli Universitetinin 17 yaşlı I kurs tələbəsi Marqaritanın 58 yaşlı müəllimi ilə sevgili olduğu məlum olub. Gənc qız universitetin kompüter texnologiyaları kafedrasının müdiri Viktor Tolstıx ilə görüşür.

 

Donetsk Milli Universitetinin tələbəsi kafedra müdiri ilə olan sevgi romanının təfərrüatlarını Lifenews-la bölüşüb. Məlum olub ki, sevgililər fizika fənni üzrə olimpiada zamanı tanış olublar: "Biz il yarım ildir ki, görüşürük. Mən fizika üzrə beynəlxalq olimpiadada iştirak edirdim. O zaman tanış olduq və həmin gündən məktublaşmağa başladıq". 



Marqarita sevgilisini valideynləri ilə tanış edib. O deyir ki, valideynlərim onların seçimini təsdiqləyib: "Anam məni dəstəkləyir. Atam da seçimimə hörmətlə yanaşdı. Bir çox dostlarım və müəllimlərim də münasibətimiz haqda bilir. Burada insanlar çox mehribandır və bütün bunlara müsbət yanaşdılar".



Xatırladaq ki, I kurs tələbəsi Marqaritanın 58 yaşlı müəllimi ilə şəkilləri sosial şəbəkədə yayılıb. Bu hadisədən sonra cütlük insanların kəskin tənqidinə məruz qalıb. Şəkillər ictimailəşdikdən sonra müəllim gənc qızla evlənəcəyini açıqlayıb.




 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!