Röya tanınmış modeli Bakıya gətirəcək - fotolar

Röya tanınmış modeli Bakıya gətirəcək - fotolar
Xəbərlər
10.09.2017 15
Əməkdar artist Röya Ayxan yeni biznesindən danışıb. 



Axşam.az-a açıqlama verən müğənni bir müddət əvvəl açdığı moda evi üçün Bakıya tanınmış modeli gətirəcəyini deyib:



"Fikirləşirdim ki, açılış və ya moda nümayişi keçirim. Amma fikrimdən daşındım. Hansısa bir konsertimdə moda nümayişinə yer verəcəm. Çox tanınmış model var, onu Azərbaycana dəvət edəcəm. Moda evimizin siması o xanım olacaq. Modelyer Səbinəyə belə bir iş qurmaq təklifi məndən gəldi. Yaxşı işləyən insanları sevirəm. 2 ildir bir yerdə çalışırdıq. Mağazalara gedib, paltar axtarmağa vaxtım yoxdur. Həm də hər şey bahalıdır. Ölkəmiz də çox bahalıdır. İki gün əvvəl dedim ki, cins korset, rahat palto istəyirəm. Bu gün hazır oldu. Moda evində qiymətlərimiz də normal olacaq. Hər şey seçilən libasdan asılıdır. Bütün paltarlardakı qaşlar əl işidir”.




 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!