Türkiyəli aktrisanın qaladakı toyundan - fotolar

Türkiyəli aktrisanın qaladakı toyundan - fotolar
Xəbərlər
10.09.2017 31
Aktrisa Burcu Kara və rejissor Fırat Parlakın Belçikada baş tutan toyundan fotolar yayılıb.



Avqustda nişanlanan cütlüyün toyu fevralın 19-da Brüsselin kəndlərindən birində yerləşən qalada baş tutub. Uşaqlıq dostları səbəbkarların nikah şahidləri olublar. B.Kara toyda modelyer rəfiqəsi Tuvana Büyükçınarın hazırladığı gəlinlik libasını geyinib.



Daha sonra üç gün sevdikləri ilə Brüggedə vaxt keçirən ikili bal ayını da qısa edib İstanbula dönüblər.



Qeyd edək ki, B.Kara "Haziran gecesi", "Tatar Ramazan" seriallarında, "Romantik komedi" filmində çəkilib. F.Parlak isə Tolqa Çevikin "Arkadaşım hoşgeldin" proqramında "səhnə arxasından danışan rejissor"u canlandırıb.




 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!