Acun İlıcalı o uşaqların səsini eşitdi - fotolar

Acun İlıcalı o uşaqların səsini eşitdi - fotolar
Xəbərlər
10.09.2017 2
Türkiyə-İraq sərhədində öz aralarında "Survivor"a oxşar oyun düzəldib proqramın rəhbəri Acun İlıcalıdan kömək istəyən uşaqlara televiziyanın məşhur simasından cavab gəlib.



Acun Tvitter hesabından "dostlarımız bu həftə gəlib yarış səddlərinizi hazırlayacaq" yazaraq uşaqlara şad xəbər verib.



Qeyd edək ki, Şırnakda 8-13 yaşlı uşaqlar "Məşhurlar" və "Könüllülər" qrupuna ayrılaraq yarışmaya başlayıblar. Uşaqlardan 11 yaşlı Rabiya Roza Ediş Acuna səslənərək kəndlərində oyun sahəsi qurmasını istəyib:



"Biz "Survivor"a baxıb buranı belə düzəltdik. Başqa oynayacaq oyun, park yeri yoxdur. Acun "ağabəy"dən bizə bir oyun parkı qurmasını istəyirik. Hamımız onun heyranıyıq. Kaş ki, görmə şansımız olsaydı".




 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!