Elşadla 2 il nikahsız yaşadıq - Oksana

Elşadla 2 il nikahsız yaşadıq - Oksana
Xəbərlər
10.09.2017 6
Rəqqasə Oksana Rəsulova şəxsi həyatından danışıb. 



Sənətçi "ATV maqazin onlarla” verilişində 17 yaşında ərə getdiyini deyib:



"İlk ailə həyatımı 17 yaşımda qurmuşam. Bu mənə həm maddi, həm fiziki zərər gətirdi. Heç hörmət görmədim. O günlərimi yadımdan çıxarmaq istəyirəm. Atam istəmirdi ki, o ailədə qalım. Yoldaşım çox qəddar insan idi. İkinci həyat yoldaşım isə məndən 20 yaş böyük idi. Məni çox istəyirdi. Mən Azərbaycanda qaldım, o Rusiyada yaşayırdı. Bu arada həyatımda Elşad Xose peyda oldu, ilk dəfə sevdim. Boşanmaq istədim, o isə razılaşmırdı. Hətta məni evə qapatmışdı. Pis halda idim, ruhi xəstəxanada yatmağa razılaşdım. Təki o evdən gedərdim”.



O.Rəsulova reper Elşad Xose ilə ailə qurmasından və sevgisindən söz açıb. O, keçirdikləri ağır günləri xatırlayıb:



"Elşadla hər şey çox yaxşı idi. Hər anımda mənə dəstək olurdu. Hamı məni qınadı ki, boşanmamış başqasıyla münasibət qurdum. Amma sevgi var idi... Hamı məndən üz döndərmiş, bir Elşad yanımda idi. Onun da, mənim də valideynlərimiz bizi qəbul etmirdi. Biz 2 il kəbinlə yaşadıq. Elə günümüz olurdu ki, maşında yatırdıq. Bütün günü ancaq marketdə satılan yarımfabrikantlar yeyirdik. Rəsmi nikaha girəndən sonra isə hər şey pisləşdi. Elşada demişdim ki, vərdişlər olsa, mən yoxam. Mən onu vərdişlərinə də qısqanırdım. Rəsmi nikahdan sonra Elşad çox dəyişdi. Mən ayrılmaq istədim. Nə qədər gəldi, barışmaq istədi, amma razılaşmadım”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!