Sevda: Dedilər ki, oğlana oxşayırsan - fotolar

Sevda: Dedilər ki, oğlana oxşayırsan - fotolar
Xəbərlər
10.09.2017 34
"Şou-biznesdə ümumi durğunluq var. Vəziyyət heç də yaxşı deyil, amma ümid edirik ki, düzələcək”.



Bu sözləri açıqlamasında müğənni Sevda Yahyayeva deyib. O, qalmaqaldan uzaq gəzdiyini vurğulayıb:



"Heç vaxt söz atmağa, qalmaqal yaratmağa can atmamışam. Bu cür hallar məndən uzaqdır. Kiməsə söz atmaq mənə gülməli gəlir. Mənə toxunan olsa da, heç efirdən cavabını vermərəm”.



İmicini tez-tez dəyişən sənətçi saçlarını hətta yaşıl rəngə belə boyamağa razı olacağını deyib:



"Qazancımın çox hissəsini salona xərcləyirəm. Ustalar sağ olsun ki, məni tez-tez dəyişirlər. Bir müddət əvvəl saçlarımı qısa kəsdirdim. Hamı dedi ki, yaraşmır, oğlana oxşayırsan. Əgər klip üçün lazım gəlsə, saçımı yaşıl, çəhrayı rəngə də boyayaram”.



S.Yahyayeva film təklifləri aldığını söyləyib:



"Təqdim olunan ssenaridə özümü görməmişəm. Hətta baş rol təklifi də gəlib. Mənə uyğun rol olsa, çəkilərəm və öhdəsindən də gələrəm. Melodramada çəkilmək istəyərəm. Sərt bir qadını da canlandıra bilərəm. Hazırda ATV-də yayımlanan "Vicdan haqqı” serialını izləyirəm və çox bəyənirəm. Türk seriallarından isə "Kara sevda” və "Paramparça”nı hər həftə səbirsizliklə gözləyirəm”.



Yaradıcılıq yeniliklərindən bəhs edən müğənni mahnı üzərində çalışdığını bildirib:   



"Daim axtarışdayam. Yeni mahnı tapmışam. İki qardaşın bəstəsidir. Elvin Musayev aranjiman edir. Bir həftəyə təqdim edəcəm. Orta tempdədir, maraqlı sözləri var. Klip də planlaşdırırq. Mahnı çıxsın, tamaşaçılara təqdim edim, sonra rejissor seçəcəm”.




 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!