Azərbaycanı Eurovisionda o təmsil edəcək? - FOTOLAR

Azərbaycanı Eurovisionda o təmsil edəcək? - FOTOLAR
Xəbərlər
10.09.2017 23
Azərbaycanın "Eurovision -2016” mahnı müsabiqəsində təmsil edəcək iştirakçının kimliyi ilə bağlı məlumatlar yayılıb.

Bu il İsveçin paytaxtı Stokholm şəhərində keçiriləcək müsabiqədə "Səs Azərbaycan”ın finalçısı Səmra Rəhimlinin təmsil edəcəyi iddia olunur.

Bununla bağlı sosial şəbəkələrdə də müğənninin dostları paylaşımlar ediblər, onu bu münasibətlə təbrik mesajları yazıblar.

Azərbaycanın "Eurovision” fan səhifəsi olan "İNFE Azerbaijan”da Səmranın ölkəmizi təmsil edəcəyi elan edilib.

Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları şirkətinin (İTV) sözçüsü Akif Cabbarlı açıqlamasında xəbəri nə təsdiq, nə də inkar edib:

"Azərbaycanı təmsil edəcək şəxsin kimliyi mart ayının 14-də açıqlanacaq. Bu barədə danışmaq istəmirəm. Milli seçim turlarının nəticələrini elan edəcəyik, İTV-nin rəsmi saytında yayımlayacağıq”.

Qeyd edək ki, Səmra Rəhimli "Səs Azərbaycan” musiqi yarışmasında 4-cü yerə çıxıb.

Xatırladaq ki, Səmra Rəhimli bir müddət əvvəl "O səs Türkiyə” verilişi ilə gündəmə gəlmişdi. Belə ki, azərbaycanlı iştirakçı müsabiqədə yarımfinalda məğlub olmuşdu.




 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!