Bir ananın qarnından çıxan əkizlərin ATALARI BAŞQADIR

Bir ananın qarnından çıxan əkizlərin ATALARI BAŞQADIR
Xəbərlər
10.09.2017 6
Vyetnamda qeyri-adi  hadisə baş verib.

Əkiz övlad dünyaya gətirən qadının uşaqlarının eyni atadan olmadığı ortaya çıxıb.

Dünyaya gələn əkizlərin zaman keçdikcə bir-birinə qətiyyən
bənzəmədiyini görən qadının həyat yoldaşı DNT analizi keçirməkdə təkid
edib. Analizin nəticəsindən məlum olub ki, uşaqlardan biri qadının
ərindən deyil.

Bu xəbərdən sonra ailə Hanoyda yerləşən genetik təhlil və
texnologiyalar mərkəzində fenomenin öyrənilməsi proqramında iştirak
etməyə razılıq verib. Adının və yaşayış yerinin açıqlanmasını istəməyən
ana bu şərtlər daxilində tədqiqatda iştirak edəcəyini bildirib.

Alimlər bu fenomeni, qadınının uşaqlığının lobya qabığı formasında
olduğu üçün eyni anda müxtəlif kişilərin spermatozoidlərini saxlamaq
qabiliyyətinə malik olması ilə izah edirlər.

Oxşar hadisə bir müddət əvvəl Polşada da qeydə alınıb. Polşalı
həkimlərin sözlərinə görə, qadınların 0.1% rast gəlinən bu fenomenə
səbəb cüt-ovulyasiya - bir mərhələdə 2 qadın hüceyrənin yetişməsidir.
Bundan əlavə qadının əri və məşuqu ilə əlaqəsindən 72 saatın keçməməsi
şərtdir - məhz bu müddət ərzində spermatozoidlər qadın orqanizmində
yaşaya bilir.

Bu hadisə heyvanlar üçün, xüsusən də pişiklər üçün adi hal hesab edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!