Kaderimin yazıldığı günün aktyoru ata oldu - fotolar

Kaderimin yazıldığı günün aktyoru ata oldu - fotolar
Xəbərlər
10.09.2017 55
2014-cü ildə aktrisa Burçak Aratla ailə quran musiqiçi-aktyor Burçin Birben ata olub.

 

Sosial şəbəkədə yeni doğulan oğlu ilə fotolarını paylaşan musiqiçi "Xoş gəldin, oğlum” sözlərini yazıb. Məşhur cütlük övladına Berat adını verib.

 

Xoş xəbəri eşidən müğənni-aktyor Özcan Dəniz xəstəxanaya yollanıb. O.Dəniz sosial şəbəkədə foto paylaşaraq "Berat, xoş gəldin. Canım qardaşım, Allah oğluna və bütün uşaqlara sağlam, uzun ömür nəsib etsin. Ata olmağın xeyirli olsun” sözlərini yazıb.

 

Xatırladaq ki, Burçin Birben sonuncu dəfə Özcan Dənizlə birlikdə "Kaderimin yazıldığı gün” serialında çəkilib.




 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!