Müsəlman ölkəsində niqab qadağası

Müsəlman ölkəsində niqab qadağası
Xəbərlər
10.09.2017 22
Misir hökuməti qadınlara niqabı qadağan etmək niyyətindədir.

Artıq parlamentarilər bu geyim formasını qadağan edən yeni qanun layihəsi üzərində işləyir.

Qadağa hökumət müəsisələrində və ictimai yerlərdə işləyən xanımlara şamil ediləcək.

Əl-Əzxar universitetinin professoru hüquşünas Amna Noseir bildirib ki, pərəncə də İslamda vacib buyurulmur və müsəlmanlarla heç bir bağlılığı yoxdur.

Xanım Amna vurğulayıb ki, bu geyim Ərəbistan yarımadasında İslama
qədər yaranan yəhudi adət-ənənəsinin nümunəsidir. Quranda pərəncə
örtülməsi barədə heç nə deyilmir. Professor, həmçinin onu da qeyd edib
ki, qadınlar ciddi, qapalı geyinə və saçlarını örtə bilərlər, lakin üzü
bütünlüklə örtmək vacib deyil.

Misirdə son illər qadınların niqab örtməsi ilə bağlı bir sıra
qadağalar tətbiq edilir. Bu ilin fevralında Qahirə universiteti tibb
bacılarına və həkimlərə təhsil mərkəzinə və xəstaxanalara niqabla
gəlməyi qadağan edib. Universitet  "xəstələrin və universitetin
maraqlarının" arqument gətirərək bu addımı atıb.

Ötən ilin sentyabrından isə universitet müəllimələrinə niqab
geyinilməsi qadağan edilib. Qadağaya səbəb tələbələrin üzləri örtülü
olan müəllimlərin biliklərini çatdıra bilməmələri və  niqabın effektiv
təhsil verilməsinə mane olması ilə bağlı şikayətləri olub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!