3 yaşında qızın gözü qarşısında anasına təcavüz etdilər

3 yaşında qızın gözü qarşısında anasına təcavüz etdilər
Xəbərlər
10.09.2017 21
Hindistanın Bareilli şəhərində dəhşətli cinayət hadisəsi baş verib.

 

Adı açıqlanmayan 28 yaşındakı ana 3 yaşındakı qızının gözləri qarşısında avtobusda təcavüzə uğrayıb. Təcavüzkarlar qadının iki həftəlik oğlunu da anasının qucağından alıb yerə ataraq öldürüb.

 

Rampur şəhərinə getmək üçün mindiyi avtobusda bəxtsiz qadının başına gələn müsibət hər kəsi şoka salıb. Avtobus son dayanacağa gəldiyində bilet satan qadının yanına gələrək onu evinin yaxınına qədər apara biləcəyini söyləyib. Bütün sərnişinlər endikdən sonra qadına sataşan sürücü və biletçi ona zorla spirtli içki içirdib. Daha sonra iki nəfər qadına təcavüz etməyə başlayıb. Bu zaman avtobusun kresloları arasına gizlənən 3 yaşındakı qız təcavüzkarlara görünmədən avtobusdan özünü çölə atıb.



Arvadının evə gəlmədiyini görən ər qonşularıyla birlikdə ailəsini axtarmağa başlayıb. Ər yerdə huşsuz halda yatan arvadını, anasının başı üstündə duran 3 yaşındakı qızını və 14 günlük ölmüş oğlunu yolun kənarında tapıb. Hadisənin tək şahidi 3 yaşındakı qız bütün baş verənləri polisə izah edib. Talehsiz qadın xəstəxanaya aparılaraq müalicə olunub. 

 

Hadisədən sonra polis tərəfindən tutulan avtobus sürücüsü Şiv Kumar və biletçi Işvari Prasad təcavüz və cinayət ittihamlarıyla həbs olunub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!