MTRŞ-dan ATV-də yayımlanan filmdəki açıq-saçıq səhnələrə münasibət

MTRŞ-dan ATV-də yayımlanan filmdəki açıq-saçıq səhnələrə münasibət
Xəbərlər
10.09.2017 13
"Azad Azərbaycan" (ATV) televiziyasında yayımlanan "Gecə qonağı" filminə monitorinq qrupumuz tərəfindən baxılıb və yer alan müəyyən səhnələr qanun pozuntusu kimi qəbul edilməyib".



Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov deyib.



O qeyd edib ki, göstərilmə vaxtı məhdudlaşdırılan proqram və səhnələrlə bağlı xüsusi qaydalara görə qeyd olunan qəbildən olan filmlərin, ədəbsiz ifadələrin, erotik görüntülərin, jestlərin yer aldığı film və verilişlərin saat 23:00-dan səhər saat 7:00-dək yayımlanmasına icazə verilir:

 

"Gecə qonağı" filmi axşam 23:30-dan sonra yayımlandığı üçün orda müəyyən səhnələrin yer almasını qanun pozuntusu kimi qeyd etmək doğru deyil. Bu cür filmlər və verilşlərin 23:00-dan səhər saat 7:00-dək verilməsinə mövcud qaydalar imkan verir".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!