Samira: Kişilərlə öpüşüb-görüşməyi özümə qadağa qoymuşam - fotolar

Samira: Kişilərlə öpüşüb-görüşməyi özümə qadağa qoymuşam - fotolar
Xəbərlər
10.09.2017 6
"Bayramda tədbirlərə çox qaçırıq, vaxtımız belə keçir. Mənim şirniyyat - şəkərbura, paxlava bişirməklə aram yoxdur. Lazım olanda mağazadan alıram. Onu da uşaqlarıma görə edirəm”.



Bu sözləri açıqlamasında müğənni Samira Allahverdi deyib. İfaçı bayramla bağlı fikirlərini bölüşüb:



"Mənim belə işlərə nə həvəsim var, nə də yeməyi xoşlayıram. Ümumiyyətlə, şirniyyat sevmirəm. Mənim üçün bayram adidir. Xüsusi olaraq oturub gözləmirəm ki, 1 aydan sonra Yeni ildir, yaxud Novruzdur. 8 Martdır, kişilər mənə hədiyyə verəcək. Əgər mən əzizlərimlə birlikdəyəmsə, günüm xoş keçirsə, günah işlətmirəmsə, bu mənim üçün bayramdır. Paxlavanı istədiyim an bişirə, Şam ağacını hər saniyə qura bilərəm. Əsas odur ki, ruhum bayram eləsin. Bu gün Novruzdur, əhvalım qalxsın".



S.Allahverdi başqalarını təkrarlamağa çalışan ifaçılardan söz açıb:



"Bəzi insanlar var ki, özlərini tapa bilmirlər. Deyirlər ki, şəhərimdən köçürəm, başqa yerdə özümü tapacam. Gedim başqa ölkədə xoşbəxtliyimi tapım. İnsan öz xoşbəxtliyini həyatda olduğu yerdə tapmalıdır. Deməməlidir ki, mən də bunun kimi oxuyum, bəlkə məşhur oldum. Hər bir insan öz tərzini tapmağı bacarmalıdır".



Müğənni özünə qoyduğu qadağalardan da danışıb:



"Özümə çox qadağalar qoyuram. Təkcə şou-biznesdə yox, ümumiyyətlə, kişilərlə öpüşüb-görüşməyi özümə qadağa qoymuşam. Bir-iki ağsaqqal adam var ki, onlarla görüşə bilərəm. Bunu mənə həyat yoldaşım qadağa etməyib. O, mənim bütün addımlarıma dəstək olur".




 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!