Abşeronda 53 yaşlı kişidən 11 yaşlı qıza qarşı əxlaqsız hərəkət

Abşeronda 53 yaşlı kişidən 11 yaşlı qıza qarşı əxlaqsız hərəkət
Xəbərlər
10.09.2017 8
Abşeron rayon sakini, 1963-cü il təvəllüdlü Aydın Qəniyev 11 yaşlı Samirə Babayevaya (ad və soy ad şərti göstərilib) təcavüz edib. 

Hadisə Abşeron rayonu, Qobu qəsəbəsində baş verib. 

Aydın Qəniyev sərxoş vəziyyətdə cinsi ehtirasını təmin etmək istəyib. Bu zaman onun qarşısına qonşusunun 11 yaşlı qızı çıxıb. Aydın Qəniyev həmin qızla cinsi əlaqədə olmaq istəyib. 

11 yaşlı qıza təcavüz 

Bu məqsədlə Aydın Qəniyev Samirə Babayevanı gizli bir yerə aparıb. 56 yaşlı kişi 11 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. 

Aydın Qəniyev daha sonra qıza bu barədə vbaldeynlərinə bir söz deməməyi tapşırıb. Amma 11 yaşlı qız Aydın Qəniyevin hərəkətləri barədə valideynlərinə danışıb. 

Samirə Babayevanın valideynləri Aydın Qəniyevin hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət edib. Polisin keçirdiyi əməliyyat nəticəsində Aydın Qəniyev həbs edilib. 

Əxlaqsızlıq etdi, 1 il cəza aldı

Aydın Qəniyev Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər) maddəsi ilə ittiham edilib. Onun cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Aydın Qəniyev 1 il müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan Aydın Qəniyev apellyasiya şikayəti verib. Aydın Qəniyevin vəkili Novruz Əliyev birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək Aydın Qəniyev barəsində Cinayət Məcəlləsinin 153-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. 

Aydın Qəniyevin şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayəti hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada araşdırılıb. 

Tərəfləri dinləyən hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, Aydın Qəniyevin apellyasiya şikayəti təmin edilməyib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!