Röya: Bunu sevgiyə borcluyam - FOTOSESSİYA

Röya: Bunu sevgiyə borcluyam - FOTOSESSİYA
Xəbərlər
10.09.2017 22
"Köhnə şəkillərimə baxıram və özümdən soruşuram: "Röya sən necə belə geyinə bilərdin?”. Bəzilərinə çox gülürəm. İnsan böyüdükcə, həyata baxışı, zövqü dəyişir. İndi özüm haqqında danışanda zövqlü olduğumu deyə bilərəm”.



Bu sözləri əməkdar artist Röya Ayxan "Port Baku magazine” dərgisinə müsahibəsində deyib. O, geyim tərzindən, alış-veriş sevgisindən danışıb:



"Səhvlərim üzərində çalışmağı bacarıram. Stilim üzərində illərlə çalışılıb. Xoşbəxtəm ki, onu formalaşdırmağı bacarmışam. Burada isə eqoistlik böyük rol oynayır: əgər siz özünüzü sevirsinizsə, ətrafdakılar da sizi sevəcək. Bu illərlə təcrübədən keçirilmiş haldır. 



Özümü "şopoqolik” adlandıra bilərəm. Amma buna görə peşman deyiləm, mən dəbin qurbanı, brendlərin əsiri deyiləm. Alış-veriş zamanı düşünmədən böyük məbləğ xərcləyə bilərəm. Heç vaxt dəb arxasınca qaçmıram. Özümə yaraşanı alıram. Əsas öz stilini tapmaq, onun arxasınca getməkdir. Hər kəs dəbli xanım ola bilər. Amma tərzli biri olmaq asan deyil”.



R.Ayxan həyatındakı sevgidən söz açıb: 



"Qadın üçün ən gözəl geyim sevgi və xoşbəxtlikdir” deyimi ilə razıyam. Bir dəqiqə də sevgisiz yaşaya bilmərəm. Bacı, övlad, ana, həyat yoldaşı kimi çox həssas və bacarıqlıyam. Bütün bunu isə qarşılıqlı sevgiyə borcluyam. Şəxsi həyata gəldikdə isə, məni hər zaman seviblər və mən də qarşılıqlı sevmişəm. Sevgisiz yaşaya bilmərəm, bu gün də sevirəm və sevilirəm. İndi başqa cürəm, sanki yenidən doğulmuşam. Hərdən özüm-özümü tanımıram. Hər şey çox sadədir: Əgər əvvəl mən həm qadın, həm də kişi idimsə, bu gün mən yalnız xanımam. Bunu isə sevgiyə borcluyam”.




 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!