Toy gecəsi bakirə çıxmayan gəlinin qətlinin - Şok təfərrüatı

Toy gecəsi bakirə çıxmayan gəlinin qətlinin - Şok təfərrüatı
Xəbərlər
10.09.2017 17
Ucarda öldürülən gəlin Səbinə Rəhimovanın qətlinin təfərrüatı məlum olub.

 

17 yaşlı Səbinə Rəhimova Rusiyada anadan olub və orada yaşayıb. 

 

Onun
anası da milliyətcə rus olub. Anası vəfat etdikdən sonra internat
məktəbində qalan qız sonradan Xoşqədəm Hidayətqızının verilişi vasitəsi
ilə atasını tapıb. Bundan sonra təxminən 1 il əvvəl atası onu Rusiya
Federasiyasından Azərbaycana gətirib. Ucar rayonununda Ramil Nəsirov
adlı bir oğlanla tanış olub və ailə qurub. 

 

Dünən baş tutan toy gecəsi Ramil Nəsirov Səbinə
Rəhimovanın bakirə olmamasını iddia edərək onu yataqda qətlə yetirib. Bu
zaman yataq otağından çölə çıxan Ramil yengənin gözləməsini xahiş edib.
Təxminən 10 dəqiqə sonra yengə otağa girən zaman gəlinin al qan
içərisində olduğunu görüb. O, gəlini xüsusi amansızlıqla qətlə
yetiribmiş. Ağır yaralanmış gəlini xəstəxanaya çatdırsalar da, onun
həyatını xilas etmək mümkün olmayıb.

 

Hazırda faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!